...Gərək ki, SİA bu barədə bir müddət əvvəl də xəbər vermişdi. Belə ki, ABŞ Türkiyəyə Rusiyaya qarşı çıxmaq üçün S-400 hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyi təklif edib. Qeyd edək ki, Amerika hakimiyyəti müxtəlif ölkələrdə Rusiya və ya Sovet istehsalı olan hava hücumundan müdafiə sistemlərini Rusiya ordusuna və aviasiyasına qarşı istifadə etmək üçün axtarışlarını davam etdirir.
“RİA Novosti” xəbər verir ki, bu barədə üç mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Agentlik qeyd edir ki, ABŞ rəsmiləri son bir ayda türkiyəli həmkarları ilə söhbətlərində oxşar ideya ilə çıxış ediblər. Amma etiraf edilməlidir ki, deyilənə görə, Ankaraya hələlik heç bir rəsmi və ya konkret müraciət daxil olmayıb.
ABŞ Türkiyənin Rusiyadan S-400 sistemlərini almasından sonra öz narazılığını hər şəkildə ifadə edib. Eyni zamanda, ABŞ siyasi təzyiqdən istifadə edərək ölkəyə F-35-lərin tədarükünə qadağa qoysa da, Türkiyə hakimiyyəti Rusiya sistemlərini istismardan çıxarmaqdan imtina edib.
Maraqlıdır ki, Slovakiya da Ukraynaya hava hücumundan müdafiə sistemi verə bilər. Ölkə səlahiyyətliləri Kiyevə kömək etməyə və S-300 sistemlərini təhvil verməyə hazır olduqlarını bildiriblər, lakin bir şərtlə ki, ABŞ adekvat əvəzetmə təmin etsin. Yeri gəlmişkən bildirək ki, Yunanıstan ordusu da oxşar sistemlərlə silahlanıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl MKİ-nin keçmiş əməkdaşı Pol Kolbe Türkiyəni ABŞ-ın təklifi ilə razılaşmağa və Moskva ilə qarşıdurma üçün Ukraynaya Rusiyanın S-400 sistemləri verməyə çağırmışdı. O, hətta bununla Türkiyənin amerikalı həmkarlarını “ələ alacağını” və F-35-lərin tədarükünü yenidən bərpa edəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB