...Ukrayna prezidenti Vladimir Zelenski Mariupola edilənləri əsrlər boyu xatırlanacaq terror adlandırıb.
SİA unian” saytına istinadən xəbər verir ki, bunu dövlət başçısı martın 20-nə keçən gecə yayımladığı videomüraciətində deyib.
"Mühasirəyə alınmış Mariupol hərbi cinayətlərə görə məsuliyyət tarixinə düşəcək. Bunu dinc şəhərə etmək, işğalçıların etdikləri, gələcək əsrlərdə xatırlanacaq terrordur. Və bunu dünyaya nə qədər çox ukraynalı danışır. Rusiya Ukraynaya qarşı terrordan nə qədər çox istifadə edirsə, onun üçün bir o qədər pis nəticələr olacaq”, - deyə prezident bildirib.
Daha əvvəl Mariupol merinin müavini bildirib ki, rus işğalçılarının hərəkətləri nəticəsində şəhərdə bir dənə də olsun bina qalmayıb və sakinlər ölülərini belə düzgün dəfn edə bilmirlər: Rusiya qəbiristanlıqları bağlayır deyə, sakinlər öz ölülərini harada gəldi basdırırlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB