Almaniyanın “IG Metall” sənaye şirkəti həmkarlar ittifaqının rəhbəri Yoerq Hofman Rusiyadan enerji resurslarının tədarükünə qoyulan qadağanın Almaniya iqtisadiyyatına Rusiya Federasiyasından daha çox zərər vura biləcəyini bildirib.
SİA bu barədə “vestikavkaza” saytına istinad edir.
“...Qaz, kömür və neftin tədarükünə qoyulan embarqo əks nəticə verir. Belə ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Almaniyada iqtisadiyyat və istehlakçılara Rusiyadan daha çox ziyan vurur". Qeyd edək ki, Hofman bu fikirləri “Handelsblatt” qəzetinə danışarkən deyib.
Daha sonra Hoffman “Almaniyanın enerji təchizatını daha fəal şəkildə şaxələndirmk lazımdır”-deyə bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB