Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

‘‘Fәrat qalxanı’’ bölgәsindә hücum törәtmәyә hazırlaşan separatçı terror tәşkilatı PKK/YPG-nin iki üzvü zәrәrsizlәşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumatda deyilir: ‘‘Terrora vә terrorçulara ağır zәrbәlәr endirmәyә davam edirik. ‘‘Fәrat qalxanı’’ bölgәsindә hücum törәtmәyә hazırlaşan separatçı terror tәşkilatı PKK/YPG-nin iki üzvü zәrәrsizlәşdirilib''.

Türkiyә Silahlı Qüvvәlәri 2016-cı ilin avqust ayı ilә 2017-ci ilin mart ayı arasında keçirdiyi ‘‘Fәrat qalxanı’’ әmәliyyatı ilә Suriyanın şimalını terrorçulardan tәmizlәmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə