ABŞ tәkzib edib

Amerika Birlәşmiş Ştatları Ukraynanın şәrqindәki Donetsk bölgәsindә 3 ABŞ hәrbçisinin öldürüldüyü ilә bağlı yayılan xәbәrlәri tәkzib edib.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Dövlәt Departamentinin nümayәndәsi Calina Porter tәşkil etdiyi gündәlik mәtbuat konfransında bәyanatlar verib.

Porter deyib: ‘‘Donbasda 3 ABŞ hәrbçisinin öldürüldüyü ilә bağlı yayılan xәbәrlәr hәqiqәti әks etdirmir’’.

Ukraynada ABŞ hәrbçilәrinin olmadığını ifadә edәn Porter deyib: ‘‘Bu yalan xəbərdə istifadə edilən görüntülər 2018-ci ilə aiddir və şəkildə təsvir olunan əsgərlər 2019-cu ildə sağ-salamat evlərinə qayıdıblar. Donetskdə öldürülən ABŞ muzdluları deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə