Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Polis Xidmətində fövqəladə hallarda işləyən KORD Xüsusi Əməliyyat Polisi əməkdaşlarına medal təqdim edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə 24 gündür davam edir. Ukrayna Prezidenti Vladimir Zelenski ictimaiyyətə və silahlı qüvvələrə dəstək məqsədilə Ukrayna Polis Xidmətinə tabe olan KORD Xüsusi Əməliyyat Polisinə baş çəkib.
Prezident Zelenski çıxışında "Ölkəmizdə qalan insanları, bizləri müdafiə etdiyiniz üçün sizə minnətdaram. Biz sizinləyik" deyib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB