Polşa Rusiyanın Aİ-yə tam ticarət blokadasını təklif edir

Polşa Rusiyanın Aİ-yə tam ticarət blokadasını təklif edir

Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqına Rusiya ilə ticarəti tamamilə dayandırmağı təklif edib. SİA əldə etdiyi məlumata istinadən xəbərin “RİA Novosti” tərəfindən yayımlandığını bildirir.

“... Polşa bu sanksiyalar paketinə ən qısa zamanda ticarət blokadası əlavə etməyi təklif edir. Bunlar dəniz limanlarıdır. Belə ki, Rusiya bayrağı altında Rusiya mallarının olduğu gəmilərin limanlara girişinə və eləcə də qurudan ticarətə qadağa qoyulmalıdır”. Bunu polşalı baş nazir təklif edib.

Onun sözlərinə görə, ticarətin tamamilə dayandırılması Rusiyanı düşünməyə vadar edəcək.

Polşanın baş naziri əlavə edib ki, Aİ bu tədbiri yeni sanksiyalar paketinə daxil edə bilər.

Qeyd edək ki, bundan əvvəl ekspertlər Rusiya ilə münasibətləri pozduğuna görə Avropanın intiqam almasından danışıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə