Son bir ildə ilk dəfə koronavirusdan 2 ölüm qeydə alınıb

Son bir ildə ilk dəfə koronavirusdan 2 ölüm qeydə alınıb

Çində 2021-ci ilin yanvarın 25-dən sonra ilk dəfə yeni növ koronavirusdan 2 ölüm faktı qeydə alınıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ötən gün ərzində Çində koronavirusa 4 051 yoluxma qeydə alınıb. Bu isə ötən həftənin göstəricisi ilə müqayisədə 19% daha artıqdır. Yoluxmuş şəxslərdən 181-i xaricdən gəlmiş şəxslərdir. 2 228 nəfərdə yüksək hərarət, öskürək və kefsizlik müşahidə olunub, 1 823nəfər isə simptomsuz daşıyıcılardır.

Xəstəxanalarda müalicə olunan şəxslərin sayı hər gün 20% artmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə