Norveçin Birgə Xilasetmə Koordinasiya Mərkəzləri göyərtəsində 4 nəfərin olduğu ABŞ Dəniz Piyadaları Korpusunun V-22 Osprey tipli hərbi təyyarəsinin Norveçin şimalında qəzaya uğradığını açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ Dəniz Piyadaları Korpusunun V-22 Osprey tipli hərbi təyyarəsi Norveçdə NATO-nun "Soyuq cavab 2022" hərbi təlimində iştirak edib.
Onun Norveçin şimalında sulara düşdüyü bildirilib. Qəzaya uğrayan təyyarədə 4 nəfərin olduğunu bildirilib.
Təyyarənin təlim məşqində olduğu və normal şəraitdə saat 18:00 radələrində eniş etməli olduğu qeyd edilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB