Rusiya ordusu yanacaqdoldurma məntəqəsini vurub

Rusiya ordusu yanacaqdoldurma məntəqəsini vurub

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevdə yanacaqdoldurma məntəqəsinə zərbələr endirib. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın Ukraynanın ən mühüm hədəflərindən biri olan paytaxt Kiyevə hücumları davam edir.

Hələlik Kiyev şəhər mərkəzinə girə bilməyən rus ordusu şəhərdən kənarda yerləşən kənd ərazilərinə yerləşdirilib. Rusiya ordusu Kiyev şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə zərbələr endirib. Hücumdan sonra alovlanan yanacaqdoldurma məntəqəsindən yüksələn tüstü kilometrlərlə uzaqdan görünüb və hücumun Kiyev xalqında panika və qorxu yaratmaq üçün edildiyi iddia edilib. Hücum nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə