350 milyonluq karnaval

Adanada 10 ildir təşkil edilən Beynəlxalq Portağal Çiçəyi Karnavalı, son 2 ildə fiziki olaraq təşkil edilməsə də, 2013-cü ildən bu yana 1,5 milyard TL-ni keçən iqtisadi həcm yaratdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, ən kiçik biznesmendən böyüyə, nəqliyyat sektorundan yaşayış sahəsinə qədər bir çox sektor bu iqtisadi həcmdən birbaşa təsirlənir.

Bu il 10-cu dəfə təşkil olunacaq Beynəlxalq Portağal Çiçəyi Karnavalında Adana və rayonlarından 1 milyondan çox, Adananın ətraf vilayətləri, və xaricdən təxminən 300 min insanın iştirak edəcəyi gözlənilir. 1 milyon 300 min karnaval iştirakçısının gündəlik və ya yaşayış yeri ilə gəlməsi gözlənilən ziyarətçilərlə birlikdə təkcə bu il Adananın iqtisadiyyatına 350 milyon TL qatqı təmin edəcəyi proqnozlaşdırılır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə