“Schlumberger” də Rusiyadan getdi...

“Schlumberger” də Rusiyadan getdi...

Dünyanın ən böyük neft-mədən xidmətləri korporasiyalarından biri olan “Schlumberger” Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS şirkətin bəyanatına istinadən xəbər verir.

“Biz Ukraynada münaqişənin gərginləşməsini böyük narahatlıqla müşahidə etdik. Vəziyyət inkişaf etdikcə, biz növbəti addımlarımızı qiymətləndirdik və əməliyyatlarımıza yeni investisiya və texnologiyanı dərhal dayandırmaq qərarına gəldik”,-deyə “Schlumberger”in baş direktoru Olivier Le Peçe bildirib.

Korporasiya fəaliyyətlərini beynəlxalq qanunlara və sanksiyalara tam uyğun şəkildə həyata keçirəcəklərini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Amerikanın neft-mədən xidmətləri şirkəti “Halliburton” da Rusiyadakı fəaliyyətini dayandıracağını açıqlamışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə