‘‘Ukraynadan qonşu ölkələrə üç milyondan çox qaçqın köçüb’’

‘‘Ukraynadan qonşu ölkələrə üç milyondan çox qaçqın köçüb’’

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn Ukraynada 780 mülki vәtәndaş hәyatını itirib, 1252 mülki vәtәndaş yaralanıb, 3 milyon 169 min 897 qaçqın da qonşu ölkәlәrә köçüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə etdiyi məlumatları paylaşıb.

Açıqlamada 24 fevral-16 mart tarixləri arasında 3 milyon 169 min 897 qaçqının Ukraynadan qonşu ölkələrə köçdüyü bildirilib.

Açıqlamada Polşaya 1 milyon 916 min 445, Moldovaya 350 min 886, Rumıniyaya 491 min 409 qaçqının getdiyi bildirilib.

Bu rəqəmlərə əlavə olaraq 18-23 fevral tarixlərində Donetsk və Luqansk bölgәlәrindәn 50 min qaçqının Rusiyaya keçdiyi qeyd edilib.

Mәlumatda hәmçinin yüz minlәrlә qaçqının da digәr Avropa ölkәlәrinә keçdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə