Avropada “çılğın rusofobik kampaniya”...

Avropada “çılğın rusofobik kampaniya”...

Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Aleksey Paramonov bütün ruslara qarşı Avropa ölkələrini bürümüş mübarizəni irqçiliklə eyniləşdirir.

SİA xəbər verir ki, “İzvestiya” nəşri Paramonovu dediklərini əsas gətirərək Avropa İttifaqını irqçilikdə ittiham edib.

Qeyd edək ki, Paramonovun sözlərinə görə, İtaliyanın hakimiyyət orqanları “çılğın rusofobik kampaniyaya” qoşulub. Beləliklə, onlar ikitərəfli müqavilə və sazişlərə, eləcə də “Rusiya ilə münasibətlərin xüsusi təbiətinə” və uğurlu əməkdaşlıq təcrübəsinə belə məhəl qoymurlar.

Qeyd edək ki, bir müddət bundan əvvəl Kreml Qərbdə rusofobiyaya görə Rusiya vətəndaşlarını ehtiyatlı olmağa çağırmışdı Belə ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu gün bir sıra Qərb ölkələrində ruslara və Rusiya vətəndaşlarına qarşı nifrət var. Onu da qeyd edək ki, o bunun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla bağlı olduğunu da gizlətməmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə