Niderlandın Baş naziri Mark Rutte Türkiyənin NATO çərçivəsində alyansın şərq cinahının müdafiəsi üçün böyük əhəmiyyət daşıdığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Baş nazir qeyd edib ki, çərşənbə axşamı Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“NATO daxilindəki ölkələrin bir-biri ilə intensiv danışıqları davam etdirməsi lazımdır. Türkiyə təbii ki, şərq cinahın müdafiəsi üçün NATO-da böyük əhəmiyyət kəsb edir”, – Rutte vurğulayıb.
Niderlandın hökumət başçısının sözlərinə görə, Türkiyə ilə təmasları yalnız Almaniya qurmamalıdır: “Almaniya Aİ-nin Türkiyə ilə intensiv danışıqlar aparan azsaylı ölkələrindən biridir. Hər mövzuda razılaşmasaq da Türkiyə ilə yaxşı münasibət qurmağı vəzifə hesab edirəm”.
Türkiyəni Rusiya-Ukrayna müharibəsində həm Rusiya, həm də Ukrayna ilə təmasda olan nadir ölkələrdən biri kimi xarakterizə edən Rutte deyib: “Avropa Birliyi və NATO xaricində bunlar yalnız İsrail və Hindistanın baş nazirləri və Türkiyə Prezidentidir. Mən onunla (Rəcəb Tayyib Ərdoğanla-red) bu kontekstdə danışdım və tezliklə onunla görüşə çalışacağımı dedim”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB