Rusiya ilə danışıqlardan sonra Ukrayna konstitusiyaya dəyişiklik edə bilər. Ali Radanın spikeri Ruslan Stefançukun dediyinə görə, ölkənin əsas qanununda dəyişikliklərə icazə verilib. O qeyd edib ki, söhbət ölkəsinin NATO-ya üzvlük istəyi məsələsindən gedir. Hazırda Avro-Atlantikə inteqrasiya konstitusiyada göstərilsə də, lakin Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar zamanı bu bəndin yenidən nəzərdən keçirilməsinə qərar verə bilərlər ki, bu da ölkənin əsas qanununda dəyişiklik tələb edə bilər. SİA bu barədə rus mətbuatına istinad edir.
“Ona görə də biz danışıqlar aparanların hansı yolu tutacağına baxacağıq. Belə ki, konstitusiyaya zidd olacağı təqdirdə, onu dəyişdirəcək model axtaracağıq”. Qeyd edək ki, Stefançuk bu fikirləri “Ukrayna-24” kanalına verdiyi açıqlamada bildirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski “ölkə NATO-ya üzv olmağın mümkünsüzlüyünü etiraf etməlidir”-deyə bildirmişdi. Onun sözlərinə görə, Kiyevə Avropa ölkələri ilə yeni qarşılıqlı fəaliyyət formatları və ayrıca təhlükəsizlik təminatları lazımdır, çünki əvvəlkilər öz uğursuzluğunu göstərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB