Ukraynanın beynəlxalq siyasət institutunun eksperti İliya Kusa hesab edir ki, artıq Rusiya Federasiyasının ilk vaxtlarda qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini, yəni Ukraynada “batıqlığa batdığını” anlamağa başlayan Çin öz siyasətini buna uyğun qurmağa başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, ukraynalı ekspert bu barədə informasiya telemarafonunun efirində məlumat verib. Maraqlıdır ki, Çinin hazırkı məqamda Rusiya Federasiyası ilə bağlı öz siyasətini korrektə etməyə başlamasını Kusa müsbət hal kimi dəyərləndirir.
O da maraqlıdır ki, ukraynalı ekspert ABŞ –la Çin arasında müəyyən razılaşmaların əldə olunacağı təqdirdə, Ukraynaya neytrallıq və Şərqlə Qərb arasında hansısa “körpü” rolu təklif olunacağını da istisna etmir.
Qeyd edək ki, sonrakı mərhələlərdə ölkəsinin nümayiş etdirəcəyi neytrallıq məsələsinə toxunan Kusa bunu da Ukraynanın rahatlaşması kimi qəbul etməməyə çağırır.
“Neytrallıq NATO-ya daxil olmaq kimi panacea deyil (qeyd edim ki, panacea bütün xəstəliklər üçün mifik universal vasitədir və guya ömrü sonsuzluğa qədər uzada bilir(?)). Yeri gəlmişkən... Rusiya heç bir halda yoxa çıxmayacaq, mən hesab edirəm ki, Rusiya müharibənin bu mərhələsinin necə bitməsindən asılı olmayaraq Moskva ilə müqavilə imzalasaq da, neytrallıq haqqında razılaşma, digər ölkələrdən təhlükəsizlik təminatları alsaq belə... bu, qeyd-şərtsiz Rusiyanın hücum etməyəcəyi anlamına gəlməməlidir”.
Deməliyəm ki, ukraynalı ekspertin bu etirafında onun ruslara olan inamsızlığı açıq olaraq sezilir.
Yeri gəlmiçkən, bildirək ki, bir müddət bundan əvvəl “UNIAN” xəbər agentliyi ABŞ prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının rəhbəri Si Cinpinə Ukraynaya qarşı müharibədə Çinin Rusiya Federasiyasına yardım göstərməsinin nəticələri barədə xəbərdarlıq edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB