Keçmiş baş nazir 24 saatlıq həbsdən sonra azad edilib

Keçmiş baş nazir 24 saatlıq həbsdən sonra azad edilib

Bolqarıstan polisi keçmiş baş nazir Boyko Borisov və keçmiş maliyyə naziri Vladislav Qoranovu 24 saatlıq həbsdən sonra heç bir ittiham irəli sürmədən azad edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Bolqarıstan KİV-lərinin hüquq-mühafizə orqanlarındakı mənbələrə əsasən yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, prokurorluq hədə-qorxu ilə lazımi sübutları əldə etməyib və cinayətin baş verib-vermədiyini qiymətləndirə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə