‘‘Biz müharibə əleyhinə koalisiyanı genişləndirməliyik’’

‘‘Biz müharibə əleyhinə koalisiyanı genişləndirməliyik’’

Ukrayna prezidenti Vladimir Zelenski müharibәyә qarşı olan koalisiyanın güclәndirilmәsinin vacibliyini vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Vladimir Zelenski rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Paylaşımında Qvatemalaya tәşәkkür edәn Vladimir Zelenski deyib: ‘‘Ukraynaya verdiyi dәstәyә görә Qvatemalaya tәşәkkür edirik’’.

Zelenski qeyd edib ki, müharibəni hamı birlikdə dayandırmalıdır.

"Biz müharibə əleyhinə koalisiyanı genişləndirməliyik. Gəlin birlikdə müharibəni dayandıraq",-deyә Vladimir Zelenski qeyd edib.

Ukrayna lideri paytaxt Kiyevdә Rusiya ordusunun hücumları nəticəsində yaralanan şəhər sakinlərini xəstəxanada ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə