Rus ordusu Ukraynada planlaşdırıldığına nail ola bilmədi

ABŞ müdafiə naziri əmindir ki, ruslar işğal zamanı kobud strateji səhvlərə yol veriblər
Rus ordusu Ukraynada planlaşdırıldığına nail ola bilmədi

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanın Ukraynaya müdaxiləsi zamanı ciddi səhvlərə yol verdiyini bildirib. Onun fikrincə, elə ilk gündən rusların irəliləməsi plana uyğun getmədi.

SİA bu barədə “unian” saytına istinad edir.

Qeyd edək ki, Ostin bu fikirləri CNN-ə verdiyi müsahibəsində bildirib. Pentaqon rəhbəri bir daha ruslar “istədikləri kimi sürətlə irəliləməyiblər” deyə bəyan edib.

Maraqlıdır ki, Lloyd Ostin “rus uğursuzluğunun” səbəblərini də göstərməyə çalışıb. Məsələn, onun dediyinə görə, rusların logistik problemləri var: “…mən taktiki kəşfiyyatın yaxşı istifadəsinə və aviasiya imkanlarının yer manevri ilə inteqrasiyasına dair heç bir sübut görmürəm” deyən amerikalı hərbçi “...ruslardan görməyi gözlədiyini görmədiyi”ni etiraf edib.

...Ukrayna rusların planlarını pozdu və ölkənin böyük ərazisini, o cümlədən Kiyevi tutmağın qarşısını ala bildi.

"Düşünürəm ki, Rusiya tez hərəkətə keçəcəklərini və paytaxtı tezliklə ələ keçirəcəklərini güman edirdilər, lakin bunu bacarmadılar", - Pentaqonun rəhbəri əlavə edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl ABŞ generalı Hodces də qarşıdakı 10 gün ərzində Qərbin təzyiqinə məruz qalan rusların passiv mövqe nümayiş etdirəcəkləri barədə proqnozlar vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə