Ruslar Luqansk bölgəsinin 90 faizini ələ keçirdiklərini deyirlər

Ruslar Luqansk bölgəsinin 90 faizini ələ keçirdiklərini deyirlər

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Luqansk bölgəsindəki ərazinin 90 faizinə nəzarətin ələ keçirildiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov paytaxt Moskvada verdiyi açıqlamada Rusiya Silahlı Qüvvələrinin və Donbasdakı qondarma separatçı administrasiyaların Ukraynada irəliləyişini davam etdirdiyini bildirib.

Ukraynada bəzi yaşayış məntəqələrinə nəzarətin ələ keçirildiyini bildirən Konaşenkov “Luqansk Xalq Respublikası ərazisinin 90 faizindən çoxu ələ keçirilib” deyib.

Mariupol şəhərinin mühasirəyə alındığını bildirən Konaşenkov bu şəhərin mərkəzində qarşıdurmaların davam etdiyini bildirib.

Rusiya ordusunun son 24 saat ərzində Ukraynada 81 hərbi infrastruktur obyektini məhv etdiyini qeyd edən Konaşenkov deyib:

“Ukraynaya məxsus ümumilikdə 183 pilotsuz uçuş aparatı (PUA), 1406 tank və müxtəlif zirehli texnika, 138 zenit-raket kompleksi, 535 haubitsa və minaatan, 1197 xüsusi təyinatlı hərbi texnika məhv edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə