Cənubi Koreyalı məişət elektronikası istehsalçısı “LG Electronics” Rusiyadakı bütün tədarüklərini dondurur. SİA bu barədə “rosbalt” saytına istinad edir.
“LG Electronics Rusiyaya bütün tədarükləri dayandırır” deyə bəyan şirkətin mətbuat xidməti vəziyyətin inkişafını izləyəcəklərini də istisna etməyib.
Yeri gəlmişkən xatırladaq ki, “LG Electronics” dünyanın ən böyük istehlak elektronikası və məişət texnikası istehsalçılarından biri olan Cənubi Koreya şirkətidir. “LG Group” konqlomeratının bir hissəsidir. “LG Electronics”in baş ofisi Koreya Respublikasının Seul şəhərində yerləşir.
Bir daha xatırladaq ki, Rusiyadakı fəaliyyətinə xitam verən “LG Electronics” Rusiyaya məişət elektronikası və mobil telefonlar tədarük edirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB