Si Cinpin: Çin və ABŞ sülh və sabitlik üçün çalışmalıdır

Si Cinpin: Çin və ABŞ sülh və sabitlik üçün çalışmalıdır

Münaqişə və qarşıdurma heç kimin marağında deyil. Sülh və təhlükəsizlik beynəlxalq birliyin daha çox qiymətləndirməli olduğu dəyərdir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ Prezidenti Cozef Bayden ilə martın 18-də virtual görüşündə söylədiyi fikirlərdir.

Çin Xarici İşlər Nazirliyinin görüş barədə yaydığı məlumatda deyilir ki, Si Cinpin Birləşmiş Ştatların dövlət başçısı ilə noyabrdakı virtual görüşündən sonra beynəlxalq müstəvidə baş verən əsas dəyişiklikləri qeyd edib, sülhə və inkişafa yönələn tendensiyanın ciddi problemlərlə üzləşdiyini vurğulayıb.

Hazırda dünyanın nə sakit, nə də sabit olduğunu bildirən Çin lideri deyib ki, Ukrayna böhranı bizim görmək istədiyimiz vəziyyət deyil.

“Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü və dünyanın iki aparıcı iqtisadiyyatı kimi təkcə Çin-ABŞ münasibətlərini düzgün yola yönəltməklə kifayətlənməməli, həm də beynəlxalq məsuliyyətdən üzərimizə düşən payı daşımalıyıq”, - deyən Si Cinpin əlavə edib ki, Pekin və Vaşinqton dünyada sülh və sabitlik üçün çalışmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə