Vladimir Putin və Olaf Şolts arasında telefon danışığı olub

Vladimir Putin və Olaf Şolts arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Ukraynadakı vəziyyətin müzakirə edildiyi qeyd olunan məlumatda "Putin Ukrayna ordusunun Donetsk və Makiivka şəhərlərinə raket hücumları həyata keçirdiyinə və bu hücumlarda mülki şəxslərin həlak olduğuna diqqət çəkib. Qərb bu hərbi cinayətə məhəl qoymur" deyib deyə bildirilib.

Ukraynada münaqişələrin getdiyi bölgələrdə humanitar yardım dəhlizlərinin yaradıldığı xatırladılan məlumatda dünən Mariupol şəhərindən 43 min insanın təxliyə edildiyi vurğulanıb.

Görüş zamanı Rusiya ilə Ukrayna arasında danışıqların da müzakirə edildiyi qeyd edilən məlumatda “Ukrayna tərəfinin real olmayan tələblər irəli sürərək bu prosesi ləngitdiyi” iddia edilib.

Məlumatda Rusiya tərəfinin bildirdiyi yanaşmalarına uyğun olaraq danışıqlarda həll yollarını tapmağa hazır olduğu vurğulanıb.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum başladıb.

O vaxtdan bəri hər iki tərəfin nümayəndə heyətləri 5 dəfə danışıqlar masası arxasına əyləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə