BMT TŞ Əfqanıstana yardım missiyasının mandatını uzadıb

BMT TŞ Əfqanıstana yardım missiyasının mandatını uzadıb

BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) mandatını 2023-cü il martın 17-dək uzadıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Sənəd Təhlükəsizlik Şurasına üzv olan 14 ölkənin dəstəyini alıb, Rusiya isə səsvermədə bitərəf qalıb. Sәnәddә BMT-nin Əfqanıstandakı bütün siyasi aktorlar və rəsmilərlə işləməyə davam edəcəyi bildirilib.

Qeyd edәk ki, BMT-nin Әfqanıstana Yardım Missiyası 2002-ci ildәn bәri bu ölkәdә fәaliyyәt aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə