Fransada təqaüdçülər küçələrə axışıb

Fransada təqaüdçülər küçələrə axışıb

Fransada təqaüdçülər ölkədəki inflyasiyadan əzildiklərini bildirərək maaşlarını almaq üçün küçələrə çıxıblar. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə təqaüdçülər küçələrə axışıb. İnflyasiya altında əzildiklərini iddia edən təqaüdçülər maaşlarının artırılmasını tələb ediblər. Ümumi İşçilər Həmkarlar İttifaqı və bəzi qeyri-hökumət təşkilatlarının dəstəklədiyi etiraz aksiyasına minlərlə insan qatılıb.

Fransa prezidenti Emmanuel Makron hökumətinin həyata keçirdiyi məcburi ixtisarlar və inflyasiyanın artması səbəbindən alıcılıq qabiliyyəti azalan təqaüdçülər yaşayış bahalığından şikayətlənərək, maaşlarının təcili artırılmasını tələb ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə