Türkiyә XİN Krımla bağlı bәyanat yayıb

Türkiyә XİN Krımla bağlı bәyanat yayıb

Krımın Rusiya tərəfindən qanunsuz ilhaqının 8-ci ildönümü münasibətilə Türkiyə strateji tərəfdaşı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə olab dəstəyini bir daha vurğulayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir

Xarici İşlər Nazirliyindən verilən açıqlamada 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumla Ukraynanın tərkibindəki Krım Muxtar Respublikasının Rusiya Federasiyası tәrәfindәn ilhaq edildiyi xatırladılıb.

Beynəlxalq hüquqa zidd olan bu addımın Türkiyə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığı vurğulanıb.

Bәyanatda bu ifadәlәrә yer verilib: "Krımdakı hadisələri, xüsusilə də Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə davam edəcəyik. Türkiyə bu münasibətlə strateji tərəfdaşı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə olan dəstəyini bir daha vurğulayır’’.

Bütün xəbərlər Facebook səhifəmizdə