Latviya Seymi (parlamenti) yekdilliklə BMT-ni Ukrayna səmasını bağlamağa çağıran bəyanat qəbul edib.
Bu barədə Seymin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Parlamentarilər BMT-yə üzv dövlətləri Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq üçün təcili tədbirlər görməyə və bununla da ölkəni müdafiə etməyə çağırıblar.
Deputatlar Ukrayna ərazisində humanitar dəhlizlərin təhlükəsiz istismarını təmin etmək üçün təcili tədbirlərin görülməsinə çağırış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB