Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək azı 780 dinc sakin həlak olub, daha 1 252 nəfər yaralanıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatında deyilir.
Məlumata görə, fevralın 24-dən martın 16-dək 3 milyon 169 min 897 ukraynalı ölkənin qonşu dövlətlərlə sərhədlərini keçib.
Ukraynalı qaçqınların yarıdan çoxu Polşaya gəlib. İkinci və üçüncü yerdə Rumıniya və Moldova gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB