İngilis kəşfiyyatı xəbər gətirib...

Britaniya kəşfiyyatı Rusiyanın Ukraynaya hücumunu məhdudlaşdırdığını bildirir
İngilis kəşfiyyatı xəbər gətirib...

"...Maddi-texniki problemlər və Ukrayna Silahlı Qüvvələrinin aktiv əks-hücumları Rusiyanın hücum imkanlarını məhdudlaşdırıb”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniya kəşfiyyatının tərtib etdiyi hesabatda deyilir.

“Ukraynanın davamlı əks-hücumları Rusiyanı tədarük marşrutlarını qorumaq üçün çoxlu sayda hərbçilərdən istifadə etməyə məcbur edir. Bu, Rusiyanın hücum potensialını ciddi şəkildə məhdudlaşdırır”. İngiliskəşfiyyatın hesabatında belə deyilir.

Bundan əlavə, Rusiya ordusunun maddi-texniki təminatı ilə bağlı problemlər də var...və getdikcə artır.

Britaniya kəşfiyyatı qeyd edir ki, “kəskin ərazilərdə manevr etmək istəməməsi, havaya nəzarətin olmaması və körpülərdən istifadə imkanlarının məhdudluğu Rusiyanın irəlidə olan bölmələri təminatla, hətta qida və yanacaq kimi əsas ehtiyaclarla effektiv şəkildə təmin etməsini çətinləşdirir”.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət bundan əvvəl rusların təchizat, yanacaq doldurma və dislokasiya yerlərində maddi-texniki təchizatın məhv edilməsi ilə bağlı cətinliklərinin olması barədə “UNİAN” saytı da öz qaynaqlarına istinadən yazmışdı.

Bu günkü reallıq isə budur ki, rusların həm aktiv döyüşlərinin, həm də hücum fəaliyyətinin sayı azalıb. Niyə? İddialara görə burada iki səbəb var: birincisi, ruslar və hətta bəzi avropalı rəsmilər də Rusiyanın başladığı müharibəni 24 saat ərzində yekunlaşdıracaqlarını düşünürdülər. Əslində bu rus müşdəbehliyindən başqa bir şey deyimiş...və indi belə görünür ki, deyəsən, daş qayaya rast gəlib.

İkincisi, mən deyərdim ki, Ukrayna xalqında olan döyüş ruhudur. Yəni Ukrayna Silahlı Qüvvələri düşmənin təchizatını artırmaq üçün lazım olan hər şeyi belə məhv ediblər.

Təbii ki, burada Avropa dövlətlərinin Rusiya Federasiyasına qarşı tətbiq etdikləri sanksiyalar da öz sözünü deyir.

...Və təsadüfi deyil ki, analitiklər bu ilin aprelində Rusiya iqtisadiyyatında defolt olacağını proqnozlaşdırırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə