Hazırda Rusiya Federasiyasında mövcud olan əsas qorxu, orduya getmək qorxusudur
Putinin ən böyük qorxusu?..

Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisenkonun ehtimalına görə, bu gün Putinin ən böyük qorxusu gənc çağırışçılarla bağlıdır. Belə ki, o artıq ardıcıl olaraq neçə gündür ki, Rusiya Federasiyasının əhalisini gənc çağırışçıların Ukraynadakı döyüşlərə qatılmayacaqlarına inandırmağa çalışır. SİA bu barədə “UNİAN” saytına istinad edir.

Amma buna baxmayaraq, məsələ bundadır ki, sadə ruslar buna inanmaq istəmirlər.

Məhz elə bəlkə də bunun nəticəsidir ki, bu gün əksər rusiyalı gənclər arasında orduya çağırılmaq xofu yaşanır.

Denisenko onu da əlavə edib ki, indi Putin və “ona xidmət edənlərin əsas təbliğaı təqribən belədir: “...Rus xalqı, siz narahat olmayın, bu gün Ukraynada bizim peşəkar ordumuz döyüşür və artıq “russevər” suriyalılar da bizə qoşularaq ukraynalılarla döyüşürlər. Sadə rus xalqına isə bu döyüşləri sadəcə olaraq televiziyadan izləmək qalır”.

Bu arada “UNİAN”-ın verdiyi məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsi başlayandan bəri rusların ümumi döyüş itkiləri 14 minə yaxın şəxsi heyət təşkil edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə