Ukrayna hərbçiləri ruslara məxsus 14 hava hədəfini məhv edib?

Ukrayna hərbçiləri ruslara məxsus 14 hava hədəfini məhv edib?

Ukrayna hərbçiləri son gün ərzində ruslara məxsus 14 hava hədəfini məhv ediblər.

SİA “unian” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb: “Hava qüvvələrimiz növbəti dəfə həm havada, həm də yerdə ruslara itkilər verdirib. Belə ki, qırıcılarımız səmada bir neçə hava döyüşü keçirərək iki hava hədəfini vurublar”.

Ukrayna tərəfdən verilən məlumata görə, onların Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları Rusiyaya məxsus beş təyyarəni məhv edib. Hazırda onların növləri müəyyənləşdirilir. Bundan əlavə, Ukraynaya məxsus hava hücumundan müdafiə qüvvələrinin hücumu nəticəsində üç pilotsuz uçan aparat, üç qanadlı raket və bir Rusiya helikopteri məhv edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə