Nyu-York bankı Rusiyanın aktivlərini dondurub

Nyu-York bankı Rusiyanın aktivlərini dondurub

Nyu-York ən köhnə bankı olan Bank of New York Mellon Rusiyanın aktivlərini dondurub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə bankın yaydığı açıqlamada bildirilib.

Qeyd olunur ki, BNY Mellon Rusiya ilə bank əməliyyatlarını və Rusiyanın qiymətli kağızlarına investisiya qoyuluşunu dayandırıb. Rusiyanın qiymətli kağızlarından imtina banka 100 milyon dollardan çox zərər vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə