İtaliyanın təkər istehsalçısı “Pirelli” Rusiyaya investisiya qoyuluşunu dayandırır və bu ölkədəki müəssisələrinin iş tempini aşağı salır.
SİA bu barədə TASS agentliyinin məlumatına istinad edir.
Şirkətdən bildirilib ki, Rusiyada təhlükəsizlikdən başqa bütüb sahələr üzrə investisiyalar dayandırılıb. Zavodlar yalnız əməkdaşların əmək haqlarını və sosial xidmətləri ödəyəcək həcmdə iş yerinə yetirəcək.
“Pirelli”nin Rusiyanın Voronej və Kirov şəhərlərində 2 zavodu fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB