Ukrayna prezidenti Vladimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
SİA “unian” saytına istinad edərək, avropalı siyasətçilərin mükafat komitəsinə müraciət etdiklərini bildirir.
Bu barədə Nobel Komitəsinə açıq məktubda deyilir. "Cəsarətli ukraynalı kişilər və qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş prezidenti Vladimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar avtoritarizmə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir”.
Qeyd edək ki, bütün namizədlər fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar deyə müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB