Rusiyanın BMT-dəki (BMT) daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın Kiyevə hərbi yardım göstərərək odun üstünə benzin tökdüyünü bildirib.
SİA xəbər verir ki, daimi nümayəndənin səsləndirdiyi fikirlər “RİA Novosti”ndə yer alıb: “...Dünən Vaşinqton bu həftə Ukraynaya bir milyard dollar dəyərində müdafiə yardımı köçürəcəyini açıqladı. Siz bununla bu münaqişəyə benzin qatmış olursunuz”, - deyə Nebenzya bildirib.
Yeri gəlmişkən onu da xatırladaq ki, martın 16-da ABŞ-ın Ukraynaya əlavə 800 milyon dollar hərbi yardım ayıracağı məlum olub. Bu arada ABŞ prezidenti Cozef Bayden martın 12-də administrasiyasının Ukraynaya davamlı silah axınını saxlamaq üçün 200 milyon dollar yardımı təsdiqləyəcəyini də xatırladıb.
Beləliklə, bir həftədən sonra Kiyevə göstəriləcək yardımın məbləği milyard dollara çatacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB