ABŞ-ın İraqdakı bazasına raket hücumu olub

ABŞ-ın İraqdakı bazasına raket hücumu olub

İaqın Səlahəddin əyalətində ABŞ və digər xarici hərbçilərin yerləşdiyi hərbi bazanın ətrafına raket hücumları həyata keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, xəbər “Haber Global”da yer alıb.

“Terrorla mübarizə aparan İraq təyyarələrinin yerləşdiyi Beled Hərbi Bazasının ətrafına 4 raket zərbəsi endirilib”, – İraq hökumətinin yaydığı açıqlamada bildirilir.

Hadisə nəticəsində insan və ya maddi tələfat qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə