Rus əskərləri körpəli analara güllə atırlar?

Rus əskərləri körpəli analara güllə atırlar?

“...Luqansk vilayətinin Severodonetsk şəhərində rus döyüşçüləri uşaqlı analar üçün sığınacaqları atəşə tutublar”.

SİA “unian” saytına istinadən xəbər verir ki, bu barədə Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday “Facebook”da məlumat yayıb.

Qaydayın yazdığına görə, "...bu binanın zirzəmisində xeyli körpəsi olan analar düşmən atəşindən gizlənirdi, lakin rus döyüşçülər orada da onlara yetişdi. Belə görünür ki, artıq Luqansk vilayətində daha təhlükəsiz yer tapmaq çətindir".

Hazırda Severodonetskin “çətinliklə nəfəs aldığını” bildirən” administrasiya rəhbəri, ötən gün rusların şəhəri yenidən ələ keçirməyə cəhd etdiyini də bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə