BMT-nin Təhlükəsizlik Şurasının ötən gün qəbul etdiyi qətnamədə Əfqanıstanla formal və uzunmüddətli əlaqələrin qurulmasına razılıq verilib.
SİA APA-ya istinadən xəbər verir ki, sənəddə “Taliban” sözü yer almır. Eyni zamanda, qətnamədə Əfqanıstanın yeni hökumətinin tanınması barədə heç bir müddəa yoxdur.
Qətnaməyə TŞ-nin 14 üzvü səs verib, Rusiya bitərəf qalıb. Sənəd BMT-nin ölkədəki yeni mandatını, həmçinin əməıkdaşlıq üçün prioritet sahələri müəyyən edib.
Qətnamə layihəsini Norveçin BMT-dəki səfiri hazırlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB