ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırdı

ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırdı

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılmasına dair qanun layihəsini təsdiqləyərək, onların ən əlverişli ölkə statusundan məhrum edilməsinə səs verib.

SİA TASS agentliyinə istinadən bildirir ki, səkkizi əleyhinə olmaqla 424 konqresmen bu təşəbbüsü dəstəkləyib.

Qanun layihəsi Senatda nəzərdən keçirilməlidir.

Qeyd edək ki, bu tədbir ABŞ-a Ümumdünya Ticarət Təşkilatının (ÜTT) nəzərdə tutduğundan daha yüksək ixrac tarifləri təyin etməyə imkan verəcək.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyada da analoji qərar qəbul edilmişdi. Moskva və Minsk yüzlərlə ixracat üçün MFN-yə girişdən məhrum ediləcək. Bundan başqa, London Ukraynadakı hərbi münaqişə ilə bağlı bütün ixrac əməliyyatlarını dayandırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə