...Yenə bu arada Rusiya istehlakçıları əhaliyə şəkər və qarabaşaq yarmasını deyil, məişət kimyası və şəxsi gigiyena məhsulları ehtiyatı toplamağı məsləhət görüb.
SİA “rambler”ə istinadən xəbər verir ki, bunu “Radio 1”-ə müsahibəsində iqtisadçı və “Trade123” şirkətinin idarəedici direktoru Vladimir Rojankovski deyib.
Onun sözlərinə görə, məişət kimyası və şəxsi gigiyena vasitələri artıq bahalaşmağa başlayıb. “Henkel” və “Procter&Gamble” kimi böyük oyunçuların Rusiya bazarından geri çəkilməsi qiymətlərin daha da artmasına səbəb olacaq.
“...Hazırda bizdə əksər əhali qarabaşaq və qənd ehtiyatı yığırlar. Amma onlar başa düşmürlər ki, bizdə qarabaşaq da, şəkər də bol istehsal olunur. Ancaq məişət kimyəvi maddələr və şəxsi qulluq vasitələri sahələrində problem yarana bilər. Yəni demək istəyirəm ki, bu vasitələrin qiymətləri qalxacaq”.
Yeri gəlmişkən bunu rusiyalı iqtisadçının xəbərdarlığı kimi də qəbul etmək olar.
Rojankovskinin fikrincə, əsas vəzifələr üçün inflyasiya 20 faizi keçməyəcək, hər evdə lazım olan mallar üçün real inflyasiya isə 40 faizə və ya daha çox olacaq.
Rus iqtisadçının fikrincə, iqtisadiyyatdakı vəziyyət maaşların yenidən qiymətləndirilməsinə də səbəb olmalıdır.
Qeyd edək ki, rus mediasında da deyildiyi kimi, əvvəllər satışda “bolluq təşkil edən” yastiqciqlar, tamponlar və uşaq bezləri hazlrda “qəhətə” çəkilməkdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB