ÜST Rusiya peyvəndinin qiymətləndirilməsini dayandırıb

ÜST Rusiya peyvəndinin qiymətləndirilməsini dayandırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın yeni növ koronavirus (Covid-19) əleyhinə hazırladığı "Sputnik V" peyvəndinin qiymətləndirilməsi prosesinin Rusiya-Ukrayna müharibəsi səbəbindən gecikdiyini bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə ÜST baş direktorunun köməkçisi Mariancela Simao keçirdiyi brifinqdə bildirib.

“Bəli, biz martın 7-də Rusiyaya gedib yoxlama aparmalı idik. Amma bu yoxlamalar daha sonraya təxirə salınıb”, - Simao deyib.

Onun sözlərinə görə, Rusiya peyvəndinin qiymətləndirilməsi, eləcə də istehsal müəssisəsində yoxlamalar Ukraynadakı vəziyyət, habelə sanksiyalarla məhdudlaşdırılan səyahət və maliyyə seçimləri, o cümlədən kredit kartının işləməsi və digər texniki məsələlərə görə mümkünsüzdür.

Doktor Simao "qiymətləndirmə səfəri üçün yeni tarix ən qısa zamanda təyin olunacaq" deyib.

Xatırladaq ki, ÜST keçən il "Sputnik V" peyvəndinin təcili istifadəsini təsdiqləməyi nəzərdən keçirdiklərini açıqlamışdı.

Təcili istifadə üçün təsdiq olunarsa, "Sputnik V" orta və aşağı gəlirli ölkələri peyvəndlə təmin etmək məqsədi daşıyan COVAX proqramına daxil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə