Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, – kommünikedə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə