Qərbin Putinlə bağlı səhvlərinin əvəzini Ukrayna ödəyir - Conson

Qərbin Putinlə bağlı səhvlərinin əvəzini Ukrayna ödəyir - Conson

"2014-cü ildə Krımın işğalına baxmayaraq ictimayyətin bir hissəsi Putinin etdiklərinə haqq qazandırırdı. Qərbin Rusiya prezidenti Vladimir Putinin yaratdığı təhlükəni anlamamasının bədəlini bu gün Ukrayna ödəyir". SİA BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi artıq uğursuz olub: "Çünki Putin Ukraynadakı müqavimətin gücünü lazımınca qiymətləndirməyib. Kreml rəhbəri Ukraynada hərbi cinayətlər törədir. O, Ukraynanı məğlub edə və fəth edə bilməyəcək. Çünki Ukrayna xalqı prinsipial olaraq göstərdi ki, onlarda sarsılmaz ruh var. O, geri çəkilməlidir. Bu işi bağlamalıdır, tanklarını geri çəkməlidir. Ukrayna xalqının iradəsinə hörmətlə yanaşmalıdır”.

Britaniya hökumətinin başçısı qeyd edib ki, Qərb əmin olmalıdır ki, “bir daha heç vaxt Putinin şantajına məruz qalmayacaq”. Xüsusən də söhbət Rusiya nefti və qazından gedir.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya Federasiyası müstəqil Ukraynaya qarşı müharibəyə başlayıb və ölkədə əsl terror törədib. Ruslar Ukraynanın dinc şəhərlərini ağır silahlardan atəşə tutur, dinc əhali, o cümlədən uşaq və qadınlar həlak olur. Rusiya işğalı başlayandan sonra Qərb dövlətləri Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq ediblər. Qlobal istehsalçılar və markalar Rusiya Federasiyasının Rusiya bazarını kütləvi şəkildə tərk etməyə başladılar. Baxmayaraq ki, bəzi beynəlxalq şirkətlər hələ də orada işləməkdə və bu ölkəyə vergi ödəməkdə davam edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə