Mariupolda salamat bir bina qalmayıb, insanlar gölməçələrdən su içir - merin müavini Violetta Orlova

Mariupolda salamat bir bina qalmayıb, insanlar gölməçələrdən su içir - merin müavini Violetta Orlova

"Şəhər hakimiyyəti humanitar dəhliz və sakinləri evakuasiya etmək imkanı istəyir. Mariupolda insanlar, xüsusən də su çatışmazlığından əziyyət çəkirlər - onlar artıq qarı əridiblər, gölməçələrə yığıblar, batareyalardan aşağı salıblar". SİA UNIAN-a istinadən xəbər verir ki, Mariupolda insanlar xüsusən də su çatışmazlığından əziyyət çəkirlər, artıq qarı əridiblər içirlər.

Donetsk vilayətinin Mariupol şəhərində rus işğalçılarının hərəkətləri nəticəsində bir dənə də olsun bina toxunulmaz qalmayıb. Bunu “Forbes Ukraine” jurnalına müsahibəsində mer müavini Sergey Orlov deyib.

Onun sözlərinə görə, blokada zamanı şəhərdə 350-400 min nəfər qalıb. İnfrastruktur demək olar ki, işləmir və sakinlər su çatışmazlığından əziyyət çəkirlər: "İnsanların az bir hissəsi quyudan su götürə bilir. Şəhərdə üç-dörd bulaq da var, orada su var. Bələdiyyə xidmətləri oradan suyu götürüb mərkəzdəki bir neçə nöqtəyə çatdırır. Amma 272 kvadrat kilometr yarım milyonluq şəhər üçün o bulaqlar heç nə deyil”.

Orlov deyir ki, şəhərin humanitar dəhlizə və evakuasiyaya çox ehtiyacı var: "Biz şəhər rəhbərliyi olaraq bir şeyi istəyirik. Humanitar dəhliz açılsın və biz ora humanitar yardım çatdıra bilək. 11 gündür ki, ora çatdırmağa çalışırıq! Son humanitar karvanımız dörd gündür yoldadır. Ruslar isə Mariupola gəlməyə imkan vermirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə