BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclası çağırılıb
Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin “Twitter” hesabında dərc olunan məlumatında deyilir.
Məlumata görə, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətə dair iclası martın 17-də Nyu-York vaxtı ilə günün ikinci yarısına planlaşdırılıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb. BMT-nin qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi müharibənin başladığı gündən bu yana 5 milyondan çox ukraynalının öz evini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB