Anqlikan kilsəsinin investorları Fransanın “TotalEnergies” şirkətinin Rusiyanı tərk etməsini tələb edirlər
...İngiltərə Kilsəsinə hesabat verən iki maliyyə institutu-İngiltərə Kilsəsinin Pensiya Şurası və İngiltərə Kilsəsi Komissarları, “TotalEnergies” SE-nin səhmdarları olaraq şirkətin tezliklə Rusiyanı tərk etməsini tələb ediblər.
SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Səhmdarlar xəbərdarlıq ediblər ki, əgər şirkət Rusiya biznesi ilə işləməyə davam edərsə, bu halda onlar öz səhmlərini satacaqlar. Nəşrin məlumatına görə, Fransa nəhəngi Rusiyadan çıxacağı təqdirdə LNG tədarükünün 14 faizini itirmiş olacaq.
Qeyd edək ki, hazırda “TotalEnergies” qaz istehsalçısı “Novatek”in demək olar ki, beşdə birinə, eləcə də “Yamal LNG” layihəsində 20 faiz paya sahibdir.
Şirkət həmçinin tikilməkdə olan “Arctic LNG-2” layihəsinin 10 faizinə, həmçinin Xaryaginskoye neft yatağında və Termokarstovoye qaz-kondensat yatağında da paylara malikdir.
Qeyd edək ki, 1991-ci ildən Rusiyada fəaliyyət göstərən fransız şirkəti, belə görünür ki, fəaliyyətini dayandırmağa məhkumdur. Belə ki, şirkət rəhbərliyi Avropanın tətbiq etdiyi sanksiyaları dəstəklədiyini deyərək, Rusiyadakı fəaliyyəti üçün nəticələrindən asılı olmayaraq qərarlara əməl edəcəyini bəyzn edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB