İclas Yens Stoltenberqin sәdrliyi ilә keçirilir

İclas Yens Stoltenberqin sәdrliyi ilә keçirilir

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Rusiyanın hücumundan sonra Ukraynadakı vәziyyәti müzakirә etmәk üçün bir araya gәlib.

SİA-nın Türkiyə mediasından əldə etdiyi məlumata görə, NATO-nun Belçikanın paytaxtı Brüsseldәki mәnzil-qәrargahında keçirilәn iclasa NATO-nun Baş katibi Yens Stoltenberq sәdrlik edir.

Toplantıda Türkiyəni Milli Müdafiə naziri Hulusi Akar təmsil edir.

İclasa alyansa üzv olmayan Ukrayna, Gürcüstan, İsveç və Finlandiyanın müdafiə nazirləri ilə yanaşı, Avropa İttifaqının xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel də dəvət olunub.

NATO-nun Baş katibi Yens Stoltenberq iclasdan әvvәl Amerika Birlәşmiş Ştatlarının müdafiә naziri Lloyd Austin ilә jurnalistlәrә verdiyi bәyanatda Rusiyanın Ukraynaya etdiyi hücumu ‘‘qәddar işğal’’ adlandırıb.

Bugünkü iclasda Rusiyanın hücumunun nəticələrini, eləcə də bu vəziyyət qarşısında alyansın uzunmüddətli mövqeyini müzakirə edəcəklərini bildirən Stoltenberq NATO-nun Ukraynaya dəstək vermәyә davam edəcəyini bildirib.

Böhranın Ukrayna hüdudlarından kənara çıxmaması üçün məsuliyyətin NATO-nun üzərinə düşdüyünü bildirən Stoltenberq bu səbəbdən NATO-nun şərq cinahdakı mövcudluğunu artırdıqlarını qeyd edib.

ABŞ-ın müdafiə naziri Austin də öz növbәsindә NATO-nun Ukraynanı dəstəkləmək mәsәlәsindә yekdil olduğunu və dəstəyin davam edəcəyini bildirib.

Qeyd edәk ki, Rusiya fevralın 14-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə