“...Rusiya Federasiyasının silahlı təcavüzünə qarşı müqavimətimizin 21-ci günüdür. Biz artıq bütün sahələrdə təşkilatlanmışıq və gəlin məlumatda da təşkilatlanaq".
SİA əldə etdiyi məlumata görə, “Ukrinform” xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar “Facebook” səhifəsində məlumat yayıb.
O bildirib ki, Rusiya hərbi silahlarla paralel olaraq informasiya silahlarından da istifadə edir və onlar bir-birini gücləndirirlər.
Onun sözlərinə görə, Rusiya ukraynalıların şüuruna informasiya təsirinin yollarını və vasitələrini axtarır, bunun üçün Ukrayna xalqının “zəif yerlərindən” istifadə edir.
“...Biz emosional və şəfqətliyik, bizə rəğbət bəsləyənlərə qarşı həssasıq və məhz bu mənada bizi informasiya qarmağına çəkmək asandır. Amma etiraf edilməlidir ki, Qərb cəmiyyətində də Rusiya Federasiyasının istifadə etdiyi qarmaqlar var", - deyə müdafiə nazirinin müavini bildirib.
Maraqlıdır ki, Malyar rusların yazılarını, məqalələrini oxumamağa, müzakirə etməməyə çağırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB