"Global Times”ın Çin nəşri bu gün Ukraynada yaşananların günahkarı kimi, Rusiyanı deyil, aqressiv şəkildə Şərqə doğru genişlənmək niyyətində olan Şimali Atlantika Alyansını, yəni NATO-nu görür. SİA bu barədə rus saytına-“rambler”ə istinad edir.
Çin nəşrinin yazdığına görə, NATO-nun Rusiyanı tənqid etməyə heç bir haqqı yoxdur, çünki blok özü əvvəllər “bir çox amansız hərbi münaqişələr” törədib. Nəşr misal olaraq 1999-cu ildə Kosovo müharibəsi zamanı Yuqoslaviyanın bombalanmasını göstərir.
“...Bu gün NATO öz siyasəti üzərində düşünmək əvəzinə digər ölkələrə Rusiyaya qarşı bloka qoşulmaq üçün təzyiq göstərir. Bu çox yanlış siyasətdir”. Bu fikirlər də Cin nəşrində yer alıb.
“Global Times” nəşrinin yazdığına görə, hərbi ittifaqı çoxdan ləğv etmək lazım idi.
Bununla bağlı nəşr yazır: “NATO-nun əlləri qana boyanıb və blokun özü uzun müddətdir ki, qlobal və regional təhlükəsizliyə ciddi təhlükə yaradır”.
Bu arada Şanxaydakı Fudan Universitetinin professoru Şenq Yi isə belə hesab edir ki, Şimali Atlantika Alyansı Yuqoslaviyadakı hadisələrə görə üzr istəməlidir.
“Əgər NATO beynəlxalq hüququn müdafiəçisi kimi çıxış edirsə, o əvvəlcə Yuqoslaviyanı bombaladığı üçün üzr istəməlidir. 1999-cu ildə Çinin Yuqoslaviyadakı səfirliyinə edilən hücum nəticəsində 3 jurnalistin ölümü də daxil olmaqla 20-dən çox insanın yaralanmasını nə ilə kompensasiya ərsiniz?”-deyə çinli professor sual edir.
O, həmçinin Soyuq Müharibə başa çatdıqdan sonra Şimali Atlantika Alyansının beynəlxalq hüququ pozması, digər ölkələrin suverenliyi və ərazi bütövlüyünü təhdid etməsi fikrini də ifadə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB